Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

31.10.2020 Off By admin

Hörmətli cənab Prezident,

Mən Sizə və qüdrətli Ordumuza dərin minnətdarlığımı bildirirəm. Əslən Cəbrayıldan olsam da, rayonumuzu hər zaman babamın və nənəmin dedikləri ilə xəyalımda canlandırmışam. İndi isə Cəbrayıla gedəcək günlərimi sayıram.

Mən onuncu sinif şagirdiyəm. Gələcəkdə həkim olmaq istəyirəm və İnşallah, Cəbrayıl rayonunda həkim kimi çalışmaq mənim arzumdur.

Ali Baş Komandanımız, İnşallah, o gün olsun ki, bayrağımız Şuşada dalğalansın. Mən bu çətin, lakin şərəfli işinizdə Sizə və Ordumuza cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və Ordumuzu qorusun! Amin!

Hörmətlə,

Əlizadə Tomris Rasim qızı, şagird.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Share