Həmsədrlərin atəşkəsə hörmətlə bağlı çağırışının ardından Ermənistan Tərtər və Ağcabədini atəşə tutur
31.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Həmsədrlərin atəşkəsə hörmətlə bağlı çağırışının ardından Ermənistan Tərtər və Ağcabədi rayonlarını atəşə tutur”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.
“Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarındakı yaşayış məntəqələrini hədəf alır. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmətlə bağlı çağırışının ardınca baş verir!”, – deyə qeyd olunub.











