Eldar onları müdafiə etdi – Video
31.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
bu sözləri müğənni Eldar Qasımov sosial şəbəkədə yayımladığı videoda deyib. İfaçı son günlər “McDonalds”, “Burger King” və “Papa Johns” restoranlarının Azərbaycan bayrağını yayımlayıb, sonra silməsi ilə bağlı yaranan etirazlardan danışıb:
“İkincisi, bu brendlər ölkəmizdə müqaviələlərlə çalışır. Nə olur olsun onların siyasi mövzulara toxunmaları icazəsi yoxdur. Düzgün addım deyildi. Amma buna baxmayaraq Vətəni alçaqlardan azad etmək üçün cəbhəyə gedən, torpaq uğrunda şəhid olan həmkarları üçün paylaşdılar. Çox böyük risk, böyük cərimələrə, məhkəmələrə baxmayaraq bizim üçün bunu etdilər, vətəndaş mövqelərini bildiriblər.
Bu şirkətlərdə minlərlə mənim sizin kimi azərbaycanlı işləyib evinə çörəkpulu qazanır: ofisiantlar, xadimələr. Bir nöqsanı görəndə ədalətli olmalıyıq. Bir baxaq görək bu şirkətlər necə xeyriyyə tədbiri keçiriblər. Bu brendlər mənə və dostalrıma aid deyil. Müharibə və Covid 19 üçün birləşməliyik. Bölünərək düşməni sevindirməyək”.











