Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
31.10.2020Əziz İlham baba.
Sizi salamlayan 6 yaşlı Poladdır. Mənim babam naxçıvanlıdır, nənəm isə Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Mən çox sevinirəm ki, bizim qəhrəman əsgərlərimiz mənfur düşməni doğma torpaqlarımızdan qovurlar.
İlham baba, bu savaşda Siz tək deyilsiniz. Mən, babam, atam, əmim, bacım – hamımız Sizin yanınızdayıq. Mənim dayım da əsgərdir. İnşallah, Azərbaycan əsgəri üçrəngli Bayrağımızı tezliklə Şuşada, Kəlbəcərdə sancacaqdır.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Polad Hüseynov
Şagird
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.











