Gürcüstanda parlament seçkilərində seçici aktivliyi 56.11% təşkil edib
31.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
Gürcüstanın 10-cu çağırış parlament seçkilərində seçici fəallığı ilkin hesablamalara əsasən 56.11% təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) məlumat yayıb.
Bildirilib ki, bu gün səsvermə hüququndan ümumilikdə 1 970 540 nəfər istifadə edib.
Səsvermə prosesində ən yüksək seçici aktivliyi Raça-Leçxumi və Svaneti regionunda (63,8%), ən aşağı aktivlik isə Kvemo Kartlidə (51%) qeydə alınıb.
Qeyd olunub ki, seçkilərlə bağlı MSK-ya 289 şikayət daxil olub ki, bunlardan da əksəriyyəti prosedur qaydaları ilə bağlıdır.











