Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
31.10.2020Möhtərəm cənab Prezident.
Müasir Azərbaycan tarixinin ən şərəfli və məsul dövrünü yaşayırıq. Otuz ildən sonra işğal altındakı əzəli torpaqlarımızı əsil sahiblərinə qaytarmaqla tarixi ədaləti bərpa edirik. Hər gün cəbhədən sevinc dolu zəfər xəbərləri eşidirik. Artıq torpaqlarımızın xeyli hissəsi işğaldan azad edilib.
Bizə yaşatdığınız Qələbə sevincinə görə bütün qusarlılar adından Sizə dərin təşəkkürümüzü bildiririk. Hər dəfə televiziyada Sizin kəsərli çıxışlarınızı izləyəndə böyük iftixar hissi keçirir, qürur duyuruq.
Allah Sizi və müzəffər Ordumuzu qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
İlyar Ağakərimov
Azərbaycan Respublikası, Qusar rayonu, İmamqulukənd kəndi.











