Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

31.10.2020 Off By admin

Hörmətli cənab Ali Baş Komandan.

Bu səmimi minnətdarlıq məktubunu yazaraq, Sizə dəstəyimi hiss etdirməyi bir vətəndaş kimi özümə borc bilirəm. Bilin ki, mən və beş övladım Sizin uzaqgörən siyasətinizi, qətiyyətli mövqeyinizi bəyənir və alqışlayırıq. Dualarımız hər zaman Sizinlə və cəsur Ordumuzladır.

Doğma torpaqlarımızı mənfur düşməndən azad etdiyiniz üçün, onları cəzalandırdığınız üçün Sizə və bütün igid əsgərlərimizə minnətdarıq. Biz Sizi çox sevirik və arxanızdayıq.

Yaşasın dəyanətli Prezidentimiz, güclü Ordumuz!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ağayeva Mehparə Vəli qızı.

Azərbaycan Respublikası, İmişli şəhəri.

Share