Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
31.10.2020Hörmətli cənab Prezident.
Mənim 80 yaşım var. Yaşadığım 10 min nəfərlik Təzə Alvadı kəndinin bütün sakinləri Sizin qarşınızda baş əyir və ətrafınızda sıx birləşməklə yürütdüyünüz siyasəti dəstəkləyir.
Cənab Prezident, xalqımız Sizi ona görə çox sevir ki, bizə təkcə dövlət başçısı deyilsiniz, eyni zamanda Siz bizim görən gözümüz, düşünən beynimiz, danışan dilimiz və vuran qəlbimizsiniz. Sevirik ona görə ki, Siz də xalqımızı, Vətənimizi və torpağımızı çox sevirsiniz. Sizin müdrik və qətiyyətli siyasətiniz nəticəsində şanlı Ordumuz ərazilərimizi düşmən işğalından azad edir və düşmənə ağır zərbələr endirir.
Hörmətli Prezident, Siz səhnədən masaya çıxış etmək üçün gedəndə yerişiniz, qamətiniz, danışıq nitqiniz məni valeh etdi. Sizə bir şeir həsr etdim:
Qurban olum qamətinə, boyuna
Nə gözəl yaradıb Yaradan səni.
Qocaya dayaqsan, gənclərə arxa,
Siyasətin yayılıbdır dünyaya.
Çox gəzirsən, dolaşırsan
Haqqın səsin bu dünyaya çatdırırsan,
Siyasətin sahəsində Azərbaycan dirçələcək
Ermənistan qarşımızda diz çökəcək.
Burda sözüm yetdi sona,
Allah kömək olsun sana.
Hörmətli Prezident, indiyə qədər düşmənlər tərəfindən zəbt edilmiş, əlimizdən alınmış Azərbaycan torpaqları Sizin siyasətiniz və qətiyyətiniz sayəsində qəhrəman Ordumuz tərəfindən geri qaytarır. Siz bu əməlinizlə Azərbaycan tarixinə şərəfli bir səhifə yazırsınız.
Müzəffər Ali Baş Komandan, Siz bizim Milli Qəhrəmanımızsınız və öz müdrik əməllərinizlə əbədi Prezidentimiz olacaqsınız.
Hörmətlə,
Allahşükür Kərimov
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.










