Düşmənin məhv edilməsində xüsusilə fərqlənən Aybek Rizmanov – Video
01.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun uğurları barədə növbəti videosunu təqdim edib.
nazirliyin yaydığı məlumat əsgər Rizmanov Aybek İsrail oğlu haqdadır.
Qeyd edilir ki, o, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə heyət nəfəri kimi fəal iştirak edərək dəqiq atəşlə düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində xüsusilə fərqlənib.











