Dünyada koronavirusa yoluxanların sayı 46 milyonu ötdü
01.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının sayı 46 milyonu keçib.
bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, dünyada COVID-19-a yoluxma hallarının sayı 46 015 562-ə çatıb. COVID-19-dan 1 194 906 xəstə ölüb. İndiyə qədər isə koronavirusdan 30,7 milyondan çox insan sağalıb.










