Sumqayıtda klinikanın zirzəmisində meyit tapılıb
01.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Sumqayıtda naməlum kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında Sumqayıt şəhərində fəaliyyət göstərən “Hirrokrat” tibb klinikasının zirzəmisində çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.











