Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 69 nəfərə çatıb
01.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
İzmirdəki zəlzələdən ölənlərin sayı 69 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.
AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 949 nəfərdən 729 evə buraxılıb, 220-si xəstəxana şəraitində müalicə olunur.
***
21:27
Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.
AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı 949-a çatıb.
Qeyd edək ki, AFAD Seferhisar rayonunda qeydə alınan 6,6 bal gücündə zəlzələdən sonra indiyədək Rixter cədvəli üzrə 975 afterşokun baş verdiyini yazıb.











