Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

02.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin  “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda “Toyota” və “Mercedes ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qarayev Ehtiram Nəsib oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Share