AMB depozit hərracında 200 mln. manat cəlb edib

AMB depozit hərracında 200 mln. manat cəlb edib

02.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 2-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 808,4 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

Share