Bakıda su quyusu qapaqlarını oğurlayanlar saxlanılıblar
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakıda su quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də rayon ərazisində 5627 manat dəyərində 44 ədəd su quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Fərəcov, Ş.Əzimov və qardaşı saxlanılıblar.











