Astara sakinlərindən odlu silahlar və narkotik götürülüb

Astara sakinlərindən odlu silahlar və narkotik götürülüb

02.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Astara rayon sakinlərindən qanunsus odlu silahlar və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən Maşxan kənd sakini E.Məmmədov  şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tərəfindən döyüldüyünü bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən E.Hüseynov saxlanılıb və ondan lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram tiryək aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Bundan başqa, rayonun Vəznəş kənd sakini R.Nəbiyev isə  9 qramdan artıq marixuananı satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq 9 qramdan artıq marixuana və yaşadığı evdən isə “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Share