“Dünya enerji bazarında təbii qazın payı artacaq”

“Dünya enerji bazarında təbii qazın payı artacaq”

02.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yaxın onilliklərdə dünya enerji bazarında təbii qazın payı artacaq.

“APA-Economics”in “The Guardian”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, ekologiya sahəsində qoyulan tapşırıqlara baxmayaraq, qazın qlobal istehlakı artacaq: “Rusiya qaz hasilatının artırılması ilə yanaşı, təmiz hidrogenin istehsalı üzrə dünya liderinə çevrilməyə planlaşdırır”, – deyə A. Novak qeyd edib.

Share