ASA-ya icraçı direktor təyin olunub
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru vəzifəsinə Elmar Mirsalayev təyin olunub.
Bu barədə “APA-Economics”ə ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev bildirib.
Elmar Mirsalayevin namizədliyi və icraçı direktor vəzifəsinə təyinatı ASA-nın Müşahidə Şurasının üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Elmar Mirsalayev bu təyinata qədər “Atəşgah Sığorta” şirkətində Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.











