Düşmənin 4 ədəd “Qrad”ı məhv edilib
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi bölmələrimizin tərəfindən məhv edilib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.











