Ermənilərin Ağdama atdığı mərmi məktəbə düşüb
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ermənistan silahlı qüvvələri Ağdam rayonunu atəşə tutur.
APA-nın Qarabağ bürosu xəbər verir ki, düşmənin atdığı mərmilərdən biri rayonun Mahrızlı kəndində orta məktəb binasına düşüb.
Bundan başqa, rayon ərazisindəki muzey binası və evlərə də ciddi ziyan dəyib.


























