Azərbaycanda xidmət və pərakəndə ticarət sektorlarında biznesə inam artır
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu ilin oktyabr ayında Azərbaycanda sənaye sahəsi üzrə Biznes İnam İndeksi (Bİİ) sentyabrdakı 0,1 bənddən 4,5 bəndədək yüksəlib.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
Qeyd olunub ki, real sektorun digər sahələrində də dəyişiklər baş verib. Belə ki, avqust və sentyabr aylarında tikinti sektorunda Bİİ-nin müvafiq olaraq 5,8 bənd və 5,3 bənd təşkil etdiyindən sonra ötən ay indeks 2,1 bəndə enib.
Xidmət sahəsinə gəldikdə, bu sektor üzrə Bİİ may ayından bəri artıq 6 aydır ki, mənfi zonada qalır, lakin dinamika yaxşılaşır. Sentyabrda -4,2 bəndə bərabər olan indeks, ötən ay -2,6 bəndə yüksəlib.
Bundan başqa, pərakəndə ticarətdə də inamın tədricən bərpası müşahidə olunur. Belə ki, son 8 ayda bu sahədə Bİİ mənfi zonada qalsa da, müsbətə doğru irəliləyir. Nəticədə, mart ayında pərakəndə ticarətdə Bİİ -40 bəndə ensə də, oktyabrda -0,7 bəndədək yüksəlib.











