3 yaşlı qız dağıntılar altından sağ çıxdı, anasına əl salladı –  Video

3 yaşlı qız dağıntılar altından sağ çıxdı, anasına əl salladı – Video

02.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Türkiyənin İzmir şəhərindəki zəlzələdən 65 saat sonra Elif Perinçek adlı 3 yaşlı qız dağıntıların altından sağ çıxarılıb.

yaralı halda xilas edilən E. Perinçek xəstəxanaya çatdırılıb və onun müayinəsinə başlanılıb.

Xəstəxanada jurnalistlərin onu çəkdiyini görən 3 yaşlı qız kameralara əl sallayaraq, anasına salam göndərib. Onun bu addımı hər kəsi sevinc göz yaşlarına boğub.

Qeyd edək ki, görüntülər Elifin başqa palatada müalicə alan anası Səhər Dərəli üçün lentə alınmışdı. 

Share