“Azərbaycanın döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır”

“Azərbaycanın döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır”

02.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib: “Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.

Share