Əfqanıstanda silahlı şəxslərin Kabil Universitetinə hücumunda 19 nəfər ölüb

Əfqanıstanda silahlı şəxslərin Kabil Universitetinə hücumunda 19 nəfər ölüb

02.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əfqanıstanda silah şəxslər tərəfindən Kabil Universitetinə hücum edilib.

APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, 3 silahlı şəxs Universitetin Hüquq fakültəsinin yerləşdiyi binaya hücum edib.

Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb. 

Qeyd olunub ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı 6 saat davam edib. 

Share