UEFA Serbiya Futbol Federasiyasını cəzalandırıb
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
UEFA Serbiya millisinin baş məşqçisi Lyubişa Tumbakoviçi cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, həmçinin Serbiya Futbol Federasiyasına cərimə tətbiq edilib.
Buna səbəb oktyabrın 11-də Millətlər Liqasında Macarıstanla keçirilən ev oyunundan (0:1) əvvəl komandanın tunelə gec gəlməsidir. Federasiya 20 min avro məbləğində cərimələnibsə, Tumbakoviç 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Çalışdırıcı eyni zamanda 5 min avro cərimələnib.
Serbiya yığması noyabrın 15-də Macarıstanla keçiriləcək cavab görüşünə baş məşqçisiz çıxacaq. Ondan 3 gün əvvəl AVRO-2020-nin pley-off mərhələsində Şotlandiya ilə görüşdə Tumbakoviç texniki zonadakı yerini ala biləcək.











