Hikmət Hacıyev: “Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir”

Hikmət Hacıyev: “Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir”

02.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini – hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Share