Vyanada sinaqoq yaxınlığında atışma olub, yaralanan var
03.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avstriyanın paytaxtı Vyananın mərkəzində, sinaqoq yaxınlığında silahlı insident baş verib, nəticədə bir polis əməkdaşı yaralanıb.
APA xəbər verir ki, bu barədə “Kronen Zeitung” nəşri məlumat yayıb.
İlkin məlumata görə, polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb.
Vyana hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisənin səbəblərini müəyyənləşdirir.











