"Atışma yaxınlığımızda oldu" –  Xalq artistinin xanımı+Video

"Atışma yaxınlığımızda oldu" – Xalq artistinin xanımı+Video

03.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, opera ifaçısı Anna Netrebko Avstriyanın paytaxtı Vyanada baş verən terror hadisəsindən danışıb.

Anna hadisəyə baş verən əraziyə yaxın qaldırqlarını bildirib.

“Ətrafımızda, yaxınımızda atışma oldu. Hər şey yaxşıdır. Qonşum qorxdu, həyəcanlandı. O, qışqırır, insanların qaçmağından qorxurdu. İndi çox sakitçilikdir. Bir az əvvəl terroru törədənlər tutuldular. Onlar çox yaxınlıqda idilər. Əllərində silah Vyana küçələrində qaçırdılar. Günahsız ölən insanlara üzülürəm” deyə, ifaçı paylaşımında vurğulayıb.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında atışma baş verib. Biri polis olmaqla bir neçə nəfər yaralanıb. İnsidenti törədən şəxs özünü partladaraq intihar edib.

Share