91 saatdan sonra xilas edilən körpə – Foto
03.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Türkiyənin İzmir şəhərində dağıntılar altında qalan daha bir körpə xilas edilib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, zəlzələnin baş verdiyi andan 91 saat sonra həyəcan dolu anlar yaşanıb. Dağıntıların altından 4 yaşlı qız xilas edilib. Uzun müddət uçan binalar altında qalan Ayla Gezgin möcüzə nəticəsində sağ qalıb.
Xatırladaq ki, bir müddət əvvəl Elif adlı körpə də 65 saat sonra canlı olaraq dağıntılar altından xilas edilib.











