Türkiyənin ixracı oktyabrda tarixi maksimuma çatıb

Türkiyənin ixracı oktyabrda tarixi maksimuma çatıb

03.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin oktyabr ayında Türkiyə ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 5,6% artaraq 17,3 mlrd. ABŞ dollar təşkil edib ki, bu fakt tarixi maksimum kimi qeydə alınıb.

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.

Oktyabrda Türkiyənin idxalı illik müqayisədə 8,5% artaraq 19,73 mlrd. dollar çatıb. Beləliklə, ölkənin ticarət dövriyyəsinin mənfi saldosu illik ifadədə 35,7% artaraq 2,43 mlrd. dollara çatıb.

Avropa İttifaqı (Aİ) Türkiyənin ən böyük ticarət tərəfdaşı kimi mövqeyini qoruyub. Belə ki, ötən ay Aİ-yə ixrac illik müqayisədə 4,1% artaraq 7,23 mlrd. dollara bərabər olub. Təkcə Almaniyaya oktyabrda 1,62 mlrd. dollarlıq mal ixrac olunub. Böyük Britaniyaya da ixrac həcmlərində əhəmiyyətli – illik 52,6% səviyyəsində artım qeydə alınıb və 1,5 mlrd. dollar təşkil edib.

Share