Bu il sosial təminat üzrə 4 milyard manatdan çox vəsait ödənilib

Bu il sosial təminat üzrə 4 milyard manatdan çox vəsait ödənilib

03.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-oktyabr aylarında ümumilikdə 2 milyon 610 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu təminat növləri üzrə əhaliyə bu ilin 10 ayında ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 890,9 milyon manat çox olmaqla  4 milyard 784 milyon manat ödənilib.

Share