Ermənilərin Xocavənd istiqamətindəki alay komandiri qaçıb
03.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
bunla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.











