MN: Düşmən ağır itkilərə məruz qalıb
03.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.











