Bakıda inflyasiya yanvar-sentyabrda 2,5% olub

Bakıda inflyasiya yanvar-sentyabrda 2,5% olub

03.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin sentyabr ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,5% təşkil edib.

Bu barədə “APA-Economics”ə Bakı Şəhəri Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,7% təşkil edib.

“Sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayına ilə müqayisədə 100%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 100,6% təşkil edib”, – idarədən bildirilib.

Hesabat ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,1% olub.

Share