“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə qeyri-neft ixracı bu il 25%-dən çox artıb
03.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu ilin yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 148,6 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur.
Bu ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15 mln. dollar olub ki, bu da avqust ayı ilə müqayisədə 21% azdır.











