Vyanada terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vyanada terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

03.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Avstriyanın paytaxtı Vyanada terror aktı törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “Krone Zeitung” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə şübhəli şəxs Linz şəhərində saxlanılıb.

Qeyd edək ki, noyabrın 2-də axşam bir qrup naməlum şəxs Avstriya paytaxtında altı yerdə hücumlar təşkil edib. Son məlumata görə, hücumlar nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hücum edənlərdən yalnız birini zərərsizləşdirmək mümkün olub, digərləri qaçıb. KİV hücumda 7 nəfərin iştirak etdiyini yazır. 

Share