HAYDİ ƏSGƏR, ŞANLI QƏLƏBƏMİZƏ AZ QALIR…

HAYDİ ƏSGƏR, ŞANLI QƏLƏBƏMİZƏ AZ QALIR…

04.11.2020 Off By Füzuli İsmayılov

Müxtəlif dövrlərdə Böyük Azərbaycanımıza xaincəsinə basqın edərək torpaqlarımızı işğal edənlər artıq başa düşməlidirlər ki, Azərbaycan keçmişin dərslərini müstəqilliyinin 1993-cü ilindən-Heydər Əliyev hakimiyyəti dövründən Azərbaycan fərqli öyrənilməyə, qurulmağa başladı. Nəticə göz qabağındadır. Artıq müzəffər Ordumuzun illər öncə görüləsi və görə bilmədiyimiz işi Sərkərdəmizin siyasi, müdrik addım və səbrləri sayəsində həyata keçiririk. Hər günə maşaallah, Qələbə xəbərlərinə öyrəşmişik. Sabaha inşaallah Şuşamızın, Xankəndimizin, Kəlbəcərimizin, Laçınımızın və əgər üzr istəyib sakit durmazsa, bu it oğlu it Paşinyanı əzib Zəngəzurumuzu, Göyçəmizi də azad edə bilərik. Bu Qələbəmizi hər bir azərbaycanlı, bizi sevənlər sevinclə, şərafətlə qarşılayır. Böyük Türk Birliyi düşmənlərimizi bərk narahat edir, Sorosların vəsaiti hesabina həm daxildə, həm də xaricdə müxtəlif formada təxribata əl atmağa, milli birliyimizi pozmağa, ermənidən də təhlükəli olacaq hərəkətlərə əl atmağa sövq edir. Bu bizi qorxutmaz. Ancaq bəzi kəmhövsələlilər tələskənlik edir, Xoşqədəm kimi siyasi savadı və danışıq tərzini bilməyənlərin toruna düşürlər. Doğrudur, onu özü kimi kənardan idarə olunanlar, məsələn Aslan ismayılov kimi hüquqşünaslar, nə bilim bəzi girən jurnalistlər  müdafiə edir. Ancaq bu bədbəxtlər həmişə girən olmağa çalışsalar da, sonradan səhv etdiklərini deməklə, tərəflərini dəyişirlər. Bu anda hamınızın yadına əqidəsizlər kəlməsini xatırlatmaq istərdim. Allah xalqımızı daxildə olan əqidəsizlərdən, onun-bunun qucağında oturanlardan qorusun. Nə isə… Sabah Şuşada Müqəddəs Bayrağımızın sancılaraq növbəti Qələbəmizi Ali Baş Komandanımız İlham Heydər oğlundan eşitmək ümidilə!

 

Füzuli Əfqanoğlu,

“Hakimiyyət” qəzetinin Baş yazarı

Share