“Şaxtyor” avrokuboklarda ən ağır ev məğlubiyyətini alıb
04.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ukraynanın “Şaxtyor” klubu avrokuboklarda tarixinin ən böyükhesablı ev məğlubiyyətini alıb.
Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi Çempionlar Liqasının III turunda Mönhenqladbax “Borussiya”sına 0:6 hesabı ilə uduzub.
Ukrayna təmsilçisi avrokuboklarda yalnız bir dəfə daha ağır məğlubiyyət alıb. Bu, səfər matçına təsadüf edib.
Həmin nəticə də Almaniya klubu ilə görüşdə qeydə alınıb. 2015-ci ildə “Bavariya” öz meydanında ukraynalılara 7 cavabsız qol vurub.











