Tramp hələlik qələbə nitqi hazırlamadığını bildirib

Tramp hələlik qələbə nitqi hazırlamadığını bildirib

04.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ Prezidenti Donald Tramp seçkilərdə nə qələbə, nə də məğlubiyyət üçün nitq hazırlamadığını bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri qələbə nitqi barədə hələ düşünməyib.

O, seçkidə qalib gəlməyin asan, məğlubiyyətin isə çətin olduğunu vurğulayıb:

“Qazanmaq asandır, itirmək heç vaxt asan deyil. Məğlub olmaq mənim üçün deyil”. 

Qeyd edək ki, ABŞ-da Prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda mübarizə Demokratların namizədi Co Bayden ilə Respublikaçı – hazırkı dövlət başçısı Donald Tramp arasında gedir.

 

Share