Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur
04.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.











