Düşmən Ağdamın kəndlərini intensiv atəşə tutur
04.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur.
bu haqda məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.











