"Qarabağ görməmişəm, amma…"

"Qarabağ görməmişəm, amma…"

04.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

“Bir neçə gün əvvəl hərbi hissələrdən birinə getmişdim. Əsgərlərlə görüşdüm. Maraqlanırlar ki, Bakıda nə var? Deyirəm, hər bir evdə sizin xoş xəbərlərinizi gözlənilir. Bu gün hamımızın evində əsgərlərə dualar edilir”.

bu sözləri müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” proqramında deyib. Sənətçi bu günlərdə əsgərlərlə görüşündən söz açıb.

Zərgərli bildirib ki, heç vaxt Qarabağda olmasa da, hər qələbə xəbərinə kövrəlir:

“Torpaqlar azad edildikcə, o yaraların məlhəmi gəlir. Qarabağ görməmişəm, o bulaqların suyundan içməmişəm. Amma indi mənə elə gəlir ki, oralarda doğulmuşam. Hər dəfə “azad edildi” eşidəndə, kövrəlirəm. Bütün torpaqlarımız azad edilsin, gedib oraları gəzəcəm”.

Share