"Aysu bacısını xilas etdi, özü öldü" –  Fotolar

"Aysu bacısını xilas etdi, özü öldü" – Fotolar

04.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Azərbaycan əsilli fransız fotoqraf, “National Geografic” dərgisinin fotoqrafı Rza Diqqəti erməni terroru nəticəsində Bərdədə vəfat edən 7 yaşlı Aysu İsgəndərova ilə bağlı paylaşım edib.

Diqqəti Aysunun yas mərasimində iştirak edib və yayımladığı fotolara bunları qeyd edib:

“Aysu artıq atasına gül gətirməyəcək. Aysu 7 yaşında idi. Erməni bombaları Bərdə şəhərinə düşəndə ​​o, 2 yaşlı bacısı ilə birlikdə çiçək toplamağa getmişdi. Kiçik bacısını bədəni ilə örtdü, onun canını qurtardı, amma özü öldü.

7 yaşında olan Aysu atası Rövşənə artıq çiçək gətirməyəcək. Pərişan Rövşən qızının tabutu məzara qoyularkən onun rahat yatması üçün torpağın saxlanılmasını istədi”.

Share