ARDNF bu il “Şahdəniz”dən 270 mln. dollardan çox gəlir əldə edib

ARDNF bu il “Şahdəniz”dən 270 mln. dollardan çox gəlir əldə edib

04.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu il (01.01.2020 – 01.11.2020 tarixinə) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 276 mln. ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics”ə ARDNF-dən bildirilib.

Məlumata əsasən, hesabat dövründə “Şahdəniz” yatağından əldə edilən gəlirlərinin 205 mln. dolları kondensatın payına düşüb.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Share