108 illik məktub 64 min dollara hərraca çıxarılacaq

108 illik məktub 64 min dollara hərraca çıxarılacaq

04.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Titanik gəmisində həyatını itirən rahibin yazdığı məktub hərraca çıxarılacaq.

Axşam.az xarici KİV-ə istinadən xəbər xəbər verir ki, mütəxəssislər əl yazısının ilkin hərrac qiymətini 38-64 min dollar arasında müəyyən ediblər.

Rahib Con Harperə məxsus məktubun auksionu bu ay təşkil ediləcək. Harper, 1912-ci ilin aprelində batan Titanik gəmisi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərinə səyahət edirmiş.

Həmin vaxt gəmidə Harperin bacısı da olub. Gəmidən xilas olmaq üçün qayığa minən Harper daha sonra öz yerini başqasına verir və orada könüllü olaraq qalmağa razı olur. 1912-ci ilin aprelində yazılan məktubda Harperin ona kömək edən başqa bir din adamına təşəkkürü ifadə edilib. Əl yazısı Titanik gəmisinə aid digər əşyalarla birlikdə hərraca çıxarılacaq.

 

Share