Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
05.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.
Müdafiə Nazirliyindən Axşam.az-a verilən xəbərə görə, səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.











