“Sivasspor” – “Qarabağ” matçının favoriti açıqlanıb
05.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında oynayacaq Sivas təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Sivasdakı Yeni 4 Eylül stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 3,34, məğlubiyyəti 2,34 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,44 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.











