Mingəçevirdə minik avtomobili yük maşını ilə toqquşub, ana və körpəsi xəsarət alıb
05.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
Mingəçevirdə yol qəzası olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Gəncə şosesində qeydə alınıb. “Hyundai” markalı minik maşını yük maşını ilə toqquşub.
Qəza nəticəsində Bərdə rayon sakinləri – 1996-cı il təvəllüdlü Səma Xıdırova və onun körpəsi, 2020-ci il təvəllüdlü Narlı Xıdırova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.











