"Ordumuz dəqiq zərbələrlə hərbi hədəfləri məhv edir" – MN
05.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
“Son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətinlə döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb”.
Axşam.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdıldığını qeyd edən A. Eyvazov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır: “Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb”.











