Ermənilərin atdığı mərmi və raket qalıqları muzeyə verildi –  Video

Ermənilərin atdığı mərmi və raket qalıqları muzeyə verildi – Video

05.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif vaxtlarda atılmış raket qalıqları, mərmilər bir tarix kimi qorunub-saxlanılır.

Axşam.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, evlərə, mülki əhaliyə zərər vermiş mərmilərin bəzilərini sakinlər saxlayır.

Tərtər rayonu ərazisinə atılan 10-a yaxın raketin qalığı toplanaraq Tarix Diyarşünaslıq Muzeyinə gətirilib.

Muzey daxilində raket qalıqları üçün xüsusi bir guşə yaradılıb. Məqsəd ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri gələcəkdə rayona gələn qonaqlara göstərməkdir.

Muzeyə gətirilən hər bir raket qalığı eksponat kimi ölkəmizdə baş verən müharibənin tarixindən, insanların başlarına gələn hadisələrdən bəhs edir.

Qeyd edək ki, muzey daxilinə gətirilən bütün raket və mərmilər xüsusi yoxlanışdan sonra burada sərgilənmək üçün icazə verilir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Share